• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Professor, sənətşünaslıq üzrə elmlər doktoru

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 09.11.1970.

    Təhsil: 1977-1988-ci illərdə Dzerjinski adına orta ixtisas musiqi məktəbi; fərqlənmə diplomu. 1988-1993-cü illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsi.Tələbəlik illərində Ü.Hacıbəyov adına xüsusi təqaüdçü. 1992-ci ildə tələbələrin ən yaxşı elmi işinə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil edilən Respublika müsabiqəsinin laureatı. İxtisas: musiqişünas, müəllim, mühazirəçi; fərqlənmə diplomu.

    Pedaqoji fəaliyyəti: 1995-ci ildən Musiqi nəzəriyyəsi kafedrasında müəllim, baş müəllim, 2001-ci ildən dosent, 2008-ci ildən professor. BMA-nın tarix-nəzəriyyə fakültəsinin dekanı, sənətşünaslıq üzrə elmlər doktoru, professor.

    Tarix-nəzəriyyə fakültəsində dəfələrlə müsabiqələr keçirmişdir: Azərbaycan Respublikasının Müstəqillik gününə, Nizami Gəncəvi-870, Fikrət Əmirov-90, Niyazi-100 yubileylərinə, Bakı Musiqi Akademiyasının 90-illik gününə, Ali təhsil məktəbləri arasında Ümummilli Lider, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 90-illik yubileyinə, Azərbaycan Respublikasının Müstəqilliyinin 25-illik yubileyinə, Nizami Gəncəvi-880 video çarxların müsabiqəsi, “Lütfizadə - 100” və “Qarabağ musiqidə” (tələbələrin konfransı), “BMA - 100” (magistr tələbələri arasında respublika konfransı) həsr olunmuş müsabiqələrin keçirilməsinin təşkilatçısıdır. Bir sıra bakalavr, magistr və fəlsəfə doktorları dissertasiyalarının elmi rəhbəri.

    Elmi fəaliyyəti: 1994-cü ildə Üzeyir Hacıbəyov adına gənc musiqişünasların I Respublika müsabiqəsinin qaliblərindən biri. Azərbaycanın ən yaxşı gənc musiqiçiləri arasında “Azərbaycan gəncliyi – Azərbaycanın gələcəyi” kitabina daxil edilmişdir. 1999-cü ildə namizədlik dissertasiyasını (“Şifahi ənənəli azərbaycan musigisində ostinatlıq prinsipləri haqqında”) müdafiə etmişdir. 2003-cü ildə “Şifahi ənənəli Azərbaycan musiqisində ostinatlıq” elmi monoqrafiyaya görə və Azərbaycan Respublikası Gənclər və İdman nazirliyi tərəfindən fərqlənmə diplomu ilə təltif edilmişdir və mükafatlandırmışdır.

    2007-ci ildə doktorluq dissertasiyasını (“Azərbaycan bəstəkarlarının yaradıcılığında ostinatlıq prinsipləri”) müdafiə edərək, sənətşünaslıq doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2013-cü ildə G.Mahmudova “Gızıl Qələm” media mükafatı laureatı olmuşdur. BMA-nın nəzdində fəaliyyət göstərən İxtisaslaşmış Dissertasiya Şurasının üzvüdür. G.Mahmudova Beynəlxalq və Respublika elmi-tədqiqat simpoziumlarda, konfranslarda dəfələrlə iştirak etmişdir. Ölkədə və xaricdə bir sıra elmi – publisistik məqalələri çap olunmuşdur.

    Beynəlxalq simpoziumlarda çıxışlar edib.

    2002-ci ildən etibarən Azərbaycan Bəstəkarlar İttifagının üzvüdür, “Musiqişünaslıq” bölməsinin üzvüdür. BMA-nın Elmi Şurasının üzvü. Tarix-nəzəriyyə fakültəsi Elmi Şurasının sədridir.

    Kitabları:

    1, “Şifahi ənənəli Azərbaycan musiqisində ostinatlıq”. Bakı, 2001.

    2. “Azərbaycan musiqisində ostinatlığın qenezisi və təmayyülü”. Bakı, 2006. 3. “Qara Qarayev. Oçerklər” kitabının tərtibçi-redaktoru. Bakı, 2003.

    Tədris ədəbiyyatı:

    1. “Polifoniya” dərsliyi . Bakı, 2011.

    2. Musiqi eşitmə qabliyyətinin tərbiyyəsi və inkişafı. Metodik vəsait. Bakı, 2009.

    Tədris olunan fənnlər üzrə bir sıra proqramlar.