Əfəndiyeva İmruz Məmməd Sadıx qızı
Professor, sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 16.12.1935.
Təhsil: 1951-1955 - A.Zeynallı adına Bakı Musiqi Texnikumunu; fərqlənmə diplomu. 1955 – 1960 - Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası “Tarixi – nəzəriyyə” fakultəsini tələbəsi 1962 – 1965 - Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aspiranturası.
1968 – ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü.
2019 – cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyyətinin üzvü.
Pedaqoji fəaliyyəti: 1960 – cı ildən Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi – nəzəriyyəsi” kafedrasında dosent (1988), professor (2009), sənətşünaslıq üzrə elmlər doktoru (2006), Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” (2008). Bir sıra bakalavr, magistr və fəlsəfə doktorları dissertasiyalarının elmi rəhbəri.
Əfəndiyeva İmruz 1986-cı, 2005-ci, 2012-ci və 2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanlarla təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2019) 1968-cı ildən - Azərbaycan Bəstəkarlar ittifaqının üzvüdür. “Uşaq musiqi” bölməsinin rəhbəridir.
Elmi fəaliyyəti : “Azərbaycan sovet mahnısı” mövzusunda sənətşünaslıq üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir (1982).
2005 – ci il “V.Adıgözəlovun yaradıcılığı milli ənənələr kontekstində” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir Ölkədə və xaricdə bir sıra elmi – publisistik məqalələri çap olunmuşdur.
Beynəlxalq simpoziumlarda çıxışlar edib. Tələbə Elmi Cəmiyyətinin rəhbəri. İ.Əfəndiyeva Ü.Hacıbəyli adına BMA-nın kafedra müdiri və dekan vəzifələrinin tutulması ilə bağlı müvafiq komissiyanın sədridir. İxtisaslaşmış Müdafiə Şuranın üzvüdür. Elmi seminarın sədri və üzvü. Tələbə Elmi Cəmiyyətin sədri və elmi rəhbəri.
Ü.Hacıbəyli adına BMA – nın Elmi Şurasının üzvü
Kitabları:
1. Новое в азербайджанской песне (1958-1972) – Баку.1974
2. Азербайджанская советская песня – Баку.1981
3. Композитор Тельман Гаджиев– Баку.1983
4. Джангир Джангиров (буклет) – Баку.1985
5. Гордость азербайджанского народа – Cб. Статей. Составитель и автор З - х статей о Р.Бейбутове Баку,1996.
6.Музыка для детей в творчестве Севды Ибрагимовой – Баку, 2003
7. Emin Sabitoğlu- Bakı.2014.
8.Vasif Adıgözəlov. Баку. 1999.
9.Axtarış yollarının bəhrəsi – Bakı. 2014
10. Musiqi mədəniyyətimiz və müasirlik. Bakı 2016
11. Oqtay Zülfüqarov. Bakı 2021
Tədris ədəbiyyatı :
1. Harmoniya. Orta ixtisas musiqi məktəbləri üçün proqram (IX-XI siniflər üçün). Bakı 2003 2. Sekvensiyalar (milli musiqi əsasında) metodik tövsiyyələr. Bakı, 2005 3. Solfecio fənnindən musiqişünaslıq və bəstəkarlıq ixtisası üzrə proqram / tərtib edən İ.Əfəndiyeva. Bakı 2011