Məmmədova (Hüseynova) Dilbər Məmməd qızı
Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru (2009).
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh. 02.02.1979.
Təhsil: 1994 – 1998 - A.Zeynallı adına Bakı Musiqi Texnikumunun «Musiqi nəzəriyyəsi» fakültəsi; fərqlənmə diplomu.
1998 – 2002-ci illərdə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının «Musiqi nəzəriyyəsi» fakültəsi; fərqlənmə diplomu. İxtisas: musiqişünas.
2002 – 2004 - Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistr pilləsi; fərqlənmə diplomu. İxtisas: musiqişünas.
BMA-nın Elmi Seminar Şurasının üzvü (2021).
Pedaqoji fəaliyyəti: C. Qaryağdı adına 9№-li UMM müəllim (1997), Musiqi nəzəriyyəsi kafedrasında müəllim (2004), baş müəllim (2010), dosent (2014).
Bir sıra bakalavr, magistr dissertasiyalarının elmi rəhbəri.
Elmi fəaliyyəti: Ölkədə və xaricdə bir sıra elmi – publisistik məqalələri çap olunmuşdur.
«Müasir Azərbaycan mədəniyyəti: problemlər və perspektivlər» adlı elmi məqalələr müsabiqəsinin “Aspirant və dissertant» nominasiyasında fərqlənmə diplomu (2007)
Kitabları:
1. «Seyidova Səadət Ağaməmməd qızı» (Bakı, «Renessans-A» Nəşriyyat Evi. 2020, 26 s.
Tədris ədəbiyyatı:
1) Şifahi ənənəli Azərbaycan musiqisində harmoniyanın mənbələri (dərs vəsaiti). Bakı, «Avropa», 2014. 94 s.
2) Azərbaycan bəstəkarlarının lad - harmonik dilinin xüsusiyyətləri. (dərs vəsait) Bakı, «Mütərcim», 2018. 144 səh.
3) «Azərbaycan ladları» işləməsi. “Musiqi nəzəriyyəsinin əsasları və harmoniya» fənni üçün. Bakı, «Mütərcim», 2019. 11 s.
Bir neçə proqramların müəllifidir.