• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Rəhimova Nigar Alim qızı 

    Dosent

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh. 06.07.1959

    Təhsil: 1966- 1977 - Bülbül adına Orta İxtisas Musiqi Məktəbi 1977 - 1982 - Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “musiqişünaslıq” bölməsi 1982 -1985 - Azərbaycan Elmlər Akademiyası nəzdində Memarlıq və İncəsənət İnstitutunda aspirantura 2000 - P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasında stajorluq.

    Pedaqoji fəaliyyəti: Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası “Musiqi Nəzəriyyəsi” kafedrasıda müəllim (1986 - 1992),Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi Nəzəriyyəsi” kafedrasında baş müəllim (1992 - 2008), dosent (2008 – ci ildən) Diplom işlərinə və magistr dissertasiyasına elmi rəhbərlik

    Elmi fəaliyyəti: Bir sıra elmi – publisistik məqalələrin müəllifidir.

    “Psixofizioloji sərbəstlik ifaçının musiqi tərbiyəsinin əsası kimi” (Həmmüəllif F.Hacıyeva). Bakı, 2018.

    Bir sıra respublika və beynəlxalq konfranslarda çıxış edib.

    Almaniya səfirliyinin himayəsi ilə silsilə konsertlərinin təşkili(1993) “Yeni Musiqi” müasir musiqi cəmiyyətinin üzvü (1999-2002) Solfecio fənni üzrə Ərəb Konservatoriyasında ustad dərsləri (1992, 2004) 2011 – Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Tərəqqi medalı ilə təltif olunub.