Dadaşova Elnara Rəhim-ağa qızı
Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Qızıl Qələm media mükafatı laureatı, Əməkdar incəsənət xadimi (2007)
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 25.06.1952.
Təhsil: 1959– 1970 – Bülbül adına orta ixtisas musiqi məktəbində piano ixtisası. 1968 – 1970 – Bülbül adına orta ixtisas musiqi məktəbində bəstəkarlıq ixtisası. 1970 – 1975 –Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət konservatoriyasının bəstəkarlıq fakültəsi. Q.Qarayevin sinfi; fərqlənmə diplomu. Üzeyir Hacıbəyli adına təqaüd.
1975 – 1977 - Qara Qarayevin sinfində assistent-stajor. Pedaqoji fəaliyyəti: Ü.Hacıbəyov adına ADK- nın musiqi nəzəriyyəsi kafedrasında müəllim (1978), baş müəllimi(1986), Ü.Hacıbəyli ad.Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının dosenti (2007), Sənətşünaslıq üzrə fəlsəfə doktoru(2010 ), musiqi nəzəriyyəsi kafedrasının professoru (2009). Respublikada ustad dərsləri keçmişdir.
2015-ci ildə Paris-Sorbonne universitetinin sertifikatı;
2017 ildə İsrail-Azərbaycan birgə təşkilatçılığının “İnnovation Solutions in Education” sertifikatı Bir sıra bakalavr, magistr və fəlsəfə doktorları dissertasiyalarının elmi rəhbəri.
Elmi - yaradıcılıq fəaliyyəti : “Azərbaycan xalq rəqslərində melodik yönəlmə və modulyasiya məsələləri” dissertasiyanı müdafiə edib (2008). Ölkədə və xaricdə bir sıra elmi – publisistik məqalələri çap olunmuşdur. Müəllif konsertləri (2012,2018).
“Sayalı”baleti (2013)
Əsərləri - ABŞ,Kanada,İtaliya,Fransa,İsveçrə,Almaniya,Türkiyə,Rusiya və s.ölkələrdə səslənir.
”Bəstəkar” (“Composer”) adlı sənədli film (ssenari müəllifi və rejissor Aydın Dadaşov ) çəkilmişdir (2015)
Kitabları:
1.“Azərbaycan xalq oyun havalarında melodik yönəlmə və modulyasiya məsələləri” - Bakı 2016
2.”Gövhər Hüseynova”-Bakı,2020
Tədris ədəbiyyatı: 1.”Polifoniya üzrə qısa mühazirələr kursu” dərs vəsaiti (1991)
2.” Polifoniya üzrə qısa mühazirələr kursu” dərs vəsaiti (1998)
3. «Xor toplusu» (Məktəbəqədər, məktəb yaşlı uşaqlar və ali musiqi məktəblərinin tələbələri üçün “Solfecio”fənni üzrə) dərs vəsaiti. Bakı 2005.
4.”Azərbaycan xalq rəqs melodiyaları əsasında lad yönəlmələrinin “Solfecio” fənnində oxunması və təyin olunması dərs vəsaiti – Bakı 2010. 5.”Azərbaycan xalq rəqs melodiyaları əsasında lad modulyasiyalarının “Solfecio” fənnində oxunması və təyin olunması dərs vəsaiti – Bakı 2011. 6) proqramlar və metodik tövsiyyələr.
Haqqında yazılan broşür:Zümrüd Dadaşzadə “Elnarə Dadaşova” Şərq –Qərb nəşriyyat evi, Bakı2015
Azərbaycan Bəsatəkarlar ittifaqında: Uşaq musiqisi bölməsinin sədri olmuş,
Azərbaycan Bəstəkarlar ittifaqının kamera –vokal musiqisi bölməsinin sədridir.
Azərbaycan Respublikası təhsil nazirliyi,Ü.Hacıbəyli ad.BMA-nın nəşr etdirdiyi “Azərbaycan musiqisinə dair ensiklopediya” I hissə, Elnara Dadaşova haqqında məlumat yerləşdirilmişdir. (səh.79-81),2020 il