Məmmədova Aliye Tariyel qızı
Dosent
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh.,17. 12.1971.
Təhsil: 1980 - 1987 - 1 saylı Bakı İncəsənət məktəbi;
1987 – 1991 - A.Zeynallı adına Bakı Orta İxtisas kollecinin “Musiqi nəzəriyyəsi” şöbəsi; ixtisas: bəstəkarlıq; 1991 – 1996 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Bəstəkarlıq” fakültəsi; fərqlənmə diplomu. 1996-1998-ci illərdə F.Qarayevin sinifində assistent-stajor. Elmi-pedaqoji fəaliyyəti: 2003-cü ildən Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” şöbəsində müəllim, 2014-cü ildən isə dosentdir.
Tədris ədəbiyyatı:
1. “Müasir harmoniyada funksionallığın həlli yolları” metodik vəsait. Bakı, 2018
Elmi – yaradıcılıq fəaliyyəti: 2 saylı simli Kvartet - P.Yurgenson adına I Beynəlxalq müsabiqədə II mükafat (2001), İsveçrənin “TRE MEDIA” nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Azərbaycan, Özbəkistan, Rusiya, Almaniya, Avstriya, Ukrayna və İsveçrədə əsərləri səslənir. Gitara üçün “Sükutla dialoq” (1994), bas klarnet və gitara üçün “KOAN” (1993), Vyananın “Reconsil Wien” ansamblı üçün “Nurlu kədər” (Heitere Traurigkeit, 2004), tar və kamera ansamblı üçün “Səslərin səyahəti” (2001), klarnet fortepiano üçün BSO üçün simfoniya, BSO üçün “Xəyal” (1996, 5 hissəli), Sonata (1993), I simli Kvartet (1995), 11 alət üçün Kompozisiya (1995), kamera ansamblı üçün “Təmsil” (1998), fortepiano üçün “Pyeslər” (2008), müxtəlif instrumental tərkiblər üçün 3-5 səsli “Fuqalar məcmuəsi” (2010), solo violin üçün “Şövq” (2013), violin və hazırlanmış piano üçün “Music for violin and piano” (2019), solo violin və piano üçün işlədiyim “Şövq” (2019)
2007-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 2012-2019-cu illərdə bu qurumun Gənclər Bölməsinin katibi, plenum, konsert və festivaların təşkilatçısı.
Müsabiqələrin münsiflər heyətinin üzvü, beynəlxalq müsabiqələrin iştrakçısı.
İstanbul Texniki Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında məruzələrlə çıxış.
Beynəlxalq Müsabiqə Laureatı olan A. Məmmədova 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə musiqi mədəniyyətimizin inkişafında xidmətlərinə “Tərəqqi” medalı ilə təltif edilmişdir.