Babayeva Həcər Teymur qızı
Professor, Əməkdar incəsənət xadimi
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh.,17.04.1948.
Təhsil: 1957 – 1969 - Ü.Hacıbəyov adına Konservatoriyanın nəzdindəki Orta-İxtisas musiqi məktəbi 1969 – 1973 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Tarixi – nəzəriyyə” fakültəsi; fərqlənmə diplomu.
Pedaqoji fəaliyyəti: 1973 – 1978 - “Bakı məktəbə qədər” Pedaqoji məktəbdə, 1978-1993 - A.Zeynallı adına Musiqi Texnikumunda, 1993 - 1997-ci illərdə Türkiyənin Bilkənd Universitetində, 1970 – 2009 - Azərbaycan Milli Konservatoriyasının nəzdində musiqi kollecində müəllim, Bakı Musiqi Akademiyasında əvəzçi müəllim, 2009-cu ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Musiqi Nəzəriyyəsi kafedrasında baş müəllim, dosent (2009), professor (2011). Ustad dərslər – Ankara Bilkənt Universiteti (1995).
Elmi fəaliyyəti:
Əməkdar İncəsənət Xadimi (2008). MÜZED Uluslararası 2. Ipek yolu Müzik Konfransı Bolu/Türkiye Abant İzzət Baycal Üniversitesi- 2016- Müzik Eğitimi Bilim Kurulu – Üzvü və Oturum Başkanı. Azərbaycan Bəstəkarlar İttifaqının Musiqişünaslıq bölməsinin sədri. Azərbaycan Təhsil Nazirliyinin keçirtdiyi H.Əliyevin 85 illiyinə həsr olunmuş I Respublika müsabiqəsində Təşkilat komitəsinin üzvü. Təhsil Nazirliyinin akkredasiya komissiyalarında sədr. Bir sıra qəzet və jurnallarda məqalələri çap olub. Ölkədə və ölkədən kənar konfrans və simpoziumlarda çıxış etmişdir.
Kitabları:
1.Vasif Adıgözəlov –Bakı “Ergün” nəşriyyat 1995. 2.Sənsiz Səninlə - Kitab Bakı “Adiloğlu” nəşriyyat 2006. 3.Ağabacı Rzayeva –Aspoliqraf – Bakı 2013. 4.Firəngiz Əlizadə – “Şərq-Qərb” nəşriyyat –Bakı 2014.
5. Firəngiz Əlizadə. Dünya şöhrətli bəstəkarımız. – “Vətənoğlu” nəşriyyat 2018
Tədris ədəbiyyatı:
1.Elementar musiqi nəzəriyyəsi – Dərslik – “Çıraq” nəşriyyat - Bakı 2013. 2.Harmoniya I hissə- metodik vəsait – Bakı 2010. 3.Harmoniya II hissə- metodik vəsait – Bakı 2010. 4.Harmoniya fənninin tədrisinə dair- metodik vəsait- Bakı 2014.