Quliyev Pərviz Tohid oğlu
Baş müəllim
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 01.11.1961.
Təhsil: 1968–1979 illər ərzində Bülbül adına orta ixtisas musiqi məktəbində fortepiano sinfi. 1979–1984 illər ərzində Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə təhsil alıb. 1984–1985 illərdə Sovet ordusu sıralarında xidmət edib; kiçik serjant rütbəsini alıb.
Pedaqoji fəaliyyəti: 1986-cı ildən Asəf Zeynallı adına Musiqi texnikumunda müəllim, 1989-cu ildən Bakı Musiqi Akademiyasının “Azərbaycan xalq musiqisinin tarix və nəzəriyyəsi” kafedrasında əvəzçi-müəllim. 2001-ci ildən Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasında baş müəllim və Musiqi Kollecində əvəzçi-müəllim kimi çalışır.
Elmi və yaradıcılıq fəaliyyəti : Bir sıra fortepiano əsərləri, fleyta və fortepiano üçün sonatina, nəfəs alətləri üçün kvintet, simli kvartet, simfoniya, Vaqif Mustafazadənin bir sıra kompozisiyalarının və bir neçə bəstəkarın mahnılarının nota köçürülmələri, Emin Sabitoğlunun “Əlvida” mahnısı, S.Rahmaninovun “Vokaliz”inin fortepiano transkripsiyaları, “Laçın” Azərbaycan xalq mahnısının fleyta və fortepiano üçün işlənməsi, “Ağacda alma” Azərbaycan xalq mahnısının səs və fortepiano üçün işlənməsi.
1.“Azərbaycan musiqi tarixi” dərsliyi. IV cild. Nəriman Məmmədov haqqında fəsil. Bir sıra elmi – publisistik məqalələrin müəllifidir.