• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Zeynallı Günel Nizami qızı

    Baş müəllim

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 18.05.1988.

    Təhsil: 2003 – 2007 - Azərbaycan Milli Konservatoriyası tərkibində olan Asəf Zeynallı adına musiqi kolleci.

    2007 – 2011 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Tarixi – nəzəriyyə” fakültəsinin “musiqişünaslıq” bölməsi bakalavr pilləsi; fərqlənmə diplomu.

    2011 –2013 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Musiqi tarixi – nəzəriyyəsi” musiqişünas ixtisası üzrə magistratura pilləsi; fərqlənmə diplomu. 2009-2013-cü illərdə Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsi üzrə Tələbə Gənclər Təşkilatının sədri olmuşdur.

    Nəaliyyətləri:

    2011 – 2013 - Üzeyir Hacıbəyli adına təqaüdə layiq olmuşdur.

    2021 – ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən keçirilən “ İlin peşəkar gənci” müsabiqəsinin Fəxri fərmanı.

    Pedaqoji fəaliyyəti:

    Bakı Musiqi Akademiyasının “ Musiqi nəzəriyyəsi” kafedrasında müəllim (2013), baş müəllim (2016).

    Elmi fəaliyyəti : Elmi konfrans və müsabiqələrin iştirakçısı olmuş, sertifikatlara layiq görülmüşdür. Bir sıra elmi – publisistik məqalələrin

    Kitabları:

    Arif Məlikovun bəstəkarlıq sinfi. Bakı, 2013