Rəhimova Aytac Elxan qızı
Professor, sənətşünaslıq üzrə elmlər doktoru
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 21.01.1975. Təhsil: 1982 – 1993-Bülbül adına orta ixtisas musiqi məktəbi; fərqlənmə diplomu. 1993 – 1997 - Bakı Musiqi Akademiyasının “Tarix – nəzəriyyə” fakültəsinin Musiqişünaslıq şöbəsi; fərqlənmə diplomu. 1997 – 1999 - Bakı Musiqi Akademiyasının musiqişünaslıq şöbəsinin magistr pilləsi; fərqlənmə diplomu. İxtisas:musiqişünas, müəllim,mühazirəçi. Pedaqoji fəaliyyəti: 1999 - Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasında, 2000 - ci ildən musiqi nəzəriyyəsi kafedrasına müəllim, baş müəllim (2004), dosent (2007), professor (2016).
Bir sıra bakalavr, magistr və fəlsəfə doktorları dissertasiyalarının elmi rəhbəri.
Elmi fəaliyyəti: 2004 - sənətşünaslıq üzrə elmlər namizədi.(“Azərbaycan musiqisində meyxana janrı”) 2016 – sənətşünaslıq üzrə elmlər dokturu (“Şifahi ənənəli Azərbaycan musiqisinin bədii əlaqələri”) Ölkədə və xaricdə elmi konfrans və simpoziumlarda çıxışlar. Ölkədə və xaricdə bir sıra elmi – publisistik məqalələri çap olunmuşdur.
Tədris ədəbiyyatı:
1. Azərbaycan xalq musiqi yaradıcılığı kursunda meyxana janrı” metodik tövsiyə. Bakı-2005
2. “Milli musiqi janrlarının bəstəkar yaradıcılığında təzahür formaları” metodik tövsiyə. Bakı-2006.
3. “Musiqinin Elementar Nəzəriyyəsi .Acıqlamalı tapşırıq və çalışmalar toplusu”. Dərslik.-Bakı- 2017.
4. Temel Müzik Teorisi Soru Bankası.Konu anlatımlı ve cavab anahtarlı çalışma kitabı.Konya:- Eğitim Yayınevi,- 2017.
5. “ Musiqi elminin aktual problemləri fənni üçün “Azərbaycan musiqisinin digər incəsənət növləri ilə bədii əlaqəsi” metodik vəsait. – Bakı,2018
6. “Musiqişünaslığın Müasir problemləri” fənni üçün “Azərbaycan xalq musiqisinin tədqiqində milli özünəməxsusluğun təyini” Metodik tövsiyyə.- Bakı:2019.
7. Musiqinin Elementar Nəzəriyyəsi. Dərslik,-Bakı,2020.
Kitabları:
1. Azərbaycan musiqisində meyxana janrı. Bakı 2002 .
2. Azərbaycan xalq musiqisi bədii mədəniyyət kontekstində. Bakı - 2013.