• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Pənahova Elmira Pənah qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru (2009).

    Doğum yeri və tarixi: Qazaxstanın Aktau şəh., 16.10.1979.

    Təhsil: 1996 – 2000 - BMA-nın “Tarix-nəzəriyyə” və “fortepiano” şöbələri 2000 – 2002 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Musiqi tarixi – nəzəriyyəsi” musiqişünas ixtisası üzrə magistratura pilləsi; fərqlənmə diplomu. 2009 - Sənətşünaslıq üzrə fəlsəfə doktoru.

    Pedaqoji fəaliyyəti: 1998-ci ildən Q. Qarayev adına 8 saylı 11 illik musiqi məktəbində müəllim, 2005-ci il BMA-nın “Musiqi nəzəriyyəsı” kafedrasında müəllim, baş müəllim (2009), dosent (2014). Bakı Xoreoqrafiya Akademiyasının elmi və yaradıcılıq üzrə prorektoru (2021).

    Elmi fəaliyyəti : 2007-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru “Сравнительный анализ ладовых систем в музыке народов Ближнего Востока” dissertasiyasını müdafiə etmişdir. Ölkədə və xaricdə bir sıra elmi – publisistik məqalələri çap olunmuşdur.

    Beynəlxalq simpoziumlarda çıxışlar edib.

    Tədris ədəbiyyatı:

    1. İfa olunan əsərlərin bədii və struktur təhlilinə dair metodik tövsiyələr (BMA-nın məktəb-studiyasında pedaqoji təcrübə keçən tələbələr üçün). Bakı-2011.

    2. “Ладовая теория Узеира Гаджибейли в контексте ладовых систем античности и средневекового Востока” (dərs vəsaiti). Bakı-2016.

    3. Ладовые системы античности и средневекового Востока (dərs vəsaiti). Bakı-2016.