• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İnyakina Alyona Sergeyevna

    Baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi:  Azərbaycan, Bakı şəh., 11.06.1981.

    Təhsil: 1991 – 1999 – Bülbül adına orta ixtisas musiqi məktəbinin piano və musiqişünaslıq şöbəsi. 1999 – 2003 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Tarixi – nəzəriyyə” fakültəsinin “musiqişünaslıq” bölməsi; fərqlənmə diploma. 2003 – 2005 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Musiqi tarixi – nəzəriyyəsi” musiqişünas ixtisası üzrə magistratura pilləsi; fərqlənmə diplomu 2005 – 2008 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının aspiranturası.

    2018 ildən - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktoranturası.

    Pedaqoji fəaliyyəti: 2005 -2015-ci ilə qədər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Musiqi nəzəriyyəsi” kafedrasında saat hesabı müəllim, 2016-cı ildən əsas müəllim kimi, 2018-ci ildən baş müəllim. Elmi fəaliyyəti:  “Azərbaycan ənənəvi musiqisində dinamik açılma formaları (melodik-sintaktik quruluşlar)” adlı sənətşünaslıq dissertasiyasının 2012 – ci ildə müdafiə etmişdir.

    Ölkədə və xaricdə bir sıra elmi – publisistik məqalələri çap olunmuşdur.

    Beynəlxalq simpoziumlarda çıxışlar edib.

    Tədris ədəbiyyatı: 

    1. “Формы динамического развёртывания в азербайджанской народной и профессиональной музыке устной традиции” dərs vəsaiti,

    2. ““ixtisasa giriş” fənninin tədris metodikası” metodik vəsait.

    3. ““Nəzəri musiqişünaslıq” fənninin tədris metodikası” metodik vəsait.