• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Məmmədəliyeva Turan Vasim qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru (2008).

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 21.05.1976

    Təhsil: 1983-1991 – Bülbül adına orta ixtisas musiqi məktəbinin piano şöbəsi. 1991 – 1994 - Bülbül adına orta ixtisas musiqi məktəbinin nəzəriyyə şöbəsi. 1994 – 1998 – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Tarixi – nəzəriyyə” fakültəsinin “musiqişünaslıq” bölməsi. 1998 – 2000 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Musiqi tarixi – nəzəriyyəsi” musiqişünas ixtisası üzrə magistratura pilləsi. 2001 – 2006 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının aspiranturası.

    Pedaqoji fəaliyyəti: BMA-da “Musiqi nəzəriyəsi” kafedrasının müəllimi (2003), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (2019-2021), Bakı Xoreoqrafiya Akademiyası (2017-2021) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi (2021), Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin Musiqi sektorunun baş məsləhətçisi.

    Bir sıra bakalavr, magistr və fəlsəfə doktorları dissertasiyalarının elmi rəhbəri.

    Elmi fəaliyyəti: Ölkədə və xaricdə bir sıra elmi – publisistik məqalələri çap olunmuşdur.

    Beynəlxalq simpoziumlarda çıxışlar edib.

    BMA – nın müəllim və tələbələrinin “Şərqi” adlı jurnalının baş redaktoru (1998-1999).

    Azərbaycan Bəstəkarlar İttifaqı ilə Gənclər və İdman Nazirliyinin keçirdikləri “İlin ən yaxşı əsəri” müsabiqəsində V.Mustafazadənin yaradıcılığı ilə bağlı oçerk nəzəriyyə sahəsində qalib gəlib (2000). Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (2007). www.jazz.az saytının yenilənmiş versiyasının baş kontent-redaktoru (2018)

    Kitabları:

    1. Cəmil Əmirov (2015),

    Tədris ədəbiyyatı :

    1. “Azərbaycan bəstəkarlarının yaradıcılığında caz harmoniyasının ünsürləri”dərs vəsaiti (2019).