• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Rzayeva Mehparə Almas qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi : Azərbaycan, Bakı şəh., 25.01.1975

    Təhsil:  1993 -1997- Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Tarix -nəzəriyyə" fakültəsinin Musiqişünaslıq şöbəsi bakalavr pilləsi, 1997-1999- Bakı Musiqi Akademiyasının musiqişünaslıq şöbəsi  magistr pilləsi, fərqlənmə diplomu, İxtisas: musiqişünas. 2000-2016-cı illər Bakı Musiqi Akademiyasının dissertantı.

     2016-cı il sənətşünaslıq üzrə fəlsəfə doktoru  

     2022-ci il dosent.

    Pedaqoji fəaliyyəti:  1996-2001- Soltan Hacıbəyov adına musiqi texnikumunda nəzəriyyə fakültəsində ixtisas fənnlər üzrə müəllim. 2015-2017-ci illədər Bakı Xoreoqrafiya Akademiyasında   Musiqi nəzəriyyəsi kafedrasında (əvəzedici ) müəllim. 2023-cü ildən Ü. Hacıbəyli adına BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının dosenti vəzifəsində çalışır.

    Elmi fəaliyyəti: 2001- ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika “  elmi-tədqiqat laboratoriyasında  elmi işçi, 2017-ci ildən böyük elmi işçi, 2022 –ci ildən aparıcı elmi işçi vəzifəsində çalışır.

    1998-ci ildən etibarən Respublikada  və  Respublikadan  kənar konfrans və simpoziumlarda çıxışlar etmişdir. Müxtəlif mövzulu elmi seminarların müəllifidir. Ölkədə və xaricdə bir sıra elmi-publisistik məqalələri  elmi toplularda, jurnallarda  çap olunmuşdur.

    Kitablar:

    1. "Tofiq Quliyevin yaradıcılığında melodik xüsusiyyətlər" / Dərs vəsaiti  Bakı, 2018,
    2. “Azərbaycan vokalizlərinin səciyyəvi xüsusiyyətləri” / Monoqrafiya  Bakı., 2020.
    3. “Müasirimiz: bəstəkar Rüfət Ramazanov”  / Monoqrafiya Bakı, 2021.

    Bir neçə tədris  proqramının müəllifidir.