• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    İsgəndərova Aynur Ehtiram qızı

    Müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 11.04.1993.

     Təhsil: 1999-2010 – Bülbül adına orta  ixtisas musiqi məktəbinin tarix-nəzəriyyə şöbəsi; qırmızı diplom.

    2010 - 2014 – Ü.Hacıbəyli adına Bakı        Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin bakalavr pilləsi; fərqlənmə diplomu

    2014 - 2016 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin magistr səviyyəsi; fərqlənmə diplomu

    Pedoqoji fəaliyyəti: 2015-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasında laborant, 2021-ci ildən baş laborant, 2019-2021-ci illərdə “Musiqi tarixi” kafedrasında saathesabı müəllim, 2022-ci ildən isə əsas müəllim kimi çalışır. Eyni zamanda 2024-cü ildən M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Baş musiqi redaktorudur.

    Elmi fəaliyyəti: 2024-cü ildə “Azərbaycan bəstəkarlarının yaradıcılığında nəfəs alətləri üçün yazılan əsərlərin üslub xüsusiyyətləri” ( Elmi rəhbər: Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ü.İ.İmanova) mövzusunda dissertasiya müdafiə etmiş, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. İki tədris proqramının həmmüəllifi, müxtəlif toplularda yerli və xarici mətbuatda məqalələr çap etdirir; Respublika və Beynəlxalq konfransların iştirakçısıdır. Azərbaycan musiqisinin təbliği məqsədilə ölkəmizdə natiqlik fəaliyyəti ilə məşğuldur.

    Əlaqə nömrəsi: (+994 55) 990 – 70 - 00

    E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.