• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Həsənzadə Xatirə Nəriman qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 17.06.1959


    Təhsili: 
    1966-1977- Bülbül adına orta ixtisas musiqi məktəbi.

    1978-1982- Üzeyir Hacıbəyov adına ADK-nın (indiki BMA) “Tarix-nəzəriyyə” fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. (Diplom işi: “Azərbaycan xalq mahnılarında sekvensiya və variantlıq inkişaf prinsipləri”. (elmi rəhb. sənətşünaslıq namizədi B.Hüseynli). Təhsil illərində müxəlif elmi konfranslarda iştirak etmişdir.

    İxtisas: müəllim, musiqişünas, lektor;


    Pedoqoji fəaliyyəti:
      1981-1983- S.Hacıbəyov ad. Sumqayıt musiqi məktəbi və M.Əliyev ad. İncəsənət İnstitutunda (indiki İncəsənət Universiteti) musiqi nəzəriyyəsi və musiqi ədəbiyyatı fənnlərini tədris etmişdir.

    1983-cü ildən Ü.Hacibəyli ad. ADK-nın (indiki BMA) “Musiqi tarixi” kafedrasının  müəllimidir, Xarici ölkələrin və rus musiqi tarixi fənnlərini (müxtəlif illərdə müasir musiqi fənnindən mühazirələr aparmışdır) tədris edir. İşlədiyi illərdə “Qərbi Avropa musiqisinin tarixi” Ic. dərsliyinin (rus dilndə) məyyən hissələri azərb. dilinə tərcümə edilmişdir.

    2006-cı ildən A.Zeynallı ad. Musiqi Kollecində musiqi tarixi (azəb., rus, qərb) fənlərini tədris edir.

    2007-2009- Odlar Yurdu Universitetində musiqi nəzəriyyəsi fənnini tədris etmişdir.

    2008-2012- Gözdən Əlil uşaqlar üçün 38 nömrəli 11 illik musiqi məktəbində musiqi nəzəriyyəsi fənnini tədris etmişdir.

    2013-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.


    Elmi fəaliyyəti:
     2009- “Türk xalqlarının mahnılarında intonasiya əlaqələri” mövzusunda dissertasiyasını müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır (2011. elmi rəhbəri sənətşünaslıq namizədi, professor S.Seyidova).

    Bu mövzu ilə bağlı respublika və onun hüdudlarından kənarda keçirilən beynəlxalq konfranslarda iştirak etmşdir (Bakı.Ü.Hacıbəyli-125, BMA-nın 90 illiyinə həsr olunan resp. elmi-prakt. konfrans, ABİ-da keçirilən “Türk xalqlarının musiqisi” elmi-prakt. konfr., Qazan. “Türk xalqlarının ədəbiyyatı və musiqisinin təkamül tarixi” beyn. elmi konf. Türkiyə. Balıkəsir ş. “Türk xalqlarında köç mövzusu”. beyn. elmi konf.).

    2016- “.Hacıbəyli ad.BMA-nın, “Musiqi tarixi” kafedrasının dosentidir.

    2016- “Türk xalqlarının mahnılarında intonasiya xüsusiyyətləri” dərs vəsaiti. Bakı, ADPU nəşriyyatı, 240 s.

    2017- Qafqaz Albaniyasının musiqi mədəniyyəti (e.ə.III-e.VII əsrlərdə) adlı doktorluq mövzusu üzərində başlanan iş. Mövzu ilə bağlı beynəlxalq konfranslarda iştirak etmişdir (Bakı-İSME. 33-rd World Conferens of International Sosietu for Musik Education; Uluslararası Müzik və Dans Konqresi. Bodrum (2018)).

    2020- İş prosesinin gedişatı ilə doktorluq işinin adı dəyişərək “Azsaylı xlqların etnik musiqi əlaqələri Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi” təsdiqlənmişdir. (mövzu ilə bağlı müxtəlif elmi konfranslarda iştirak edir (Uluslararası Müzik və Dans Konqresi. Marmaris (2019), Üzgüp, Kapadokiya (2019), Çeşmə, İzmir. (2021))

    2020- Azərbaycan və Abxaziyanın xalq artisti, diriyor Yaşar İmanov haqda monoqrafiya nəşrə verilmişdir  


    Maarifçilik fəaliyyəti:
    1980-1982- Az.TV-də Operaladan parçalar”  adlı silsilə verilişlərin aparıcısı (Azərbaycan bəstəkarları. Az.Radiosunda Azərb. bəstəkarlarının yaradıcılığıyla bağlı verilişlər.

    2006-2007-  Az.TV-də “Orfey” elmi-publisistik silsilə verilişlərin müəllifi və aparıcısı (qərb musiqi tarixi ilə bağlı)

    2011-2014- Az.TV-nin “Musiqi redaksiyası”,  sonralar “Mədəniyyət” kanalının yeni layihəsi:  “Musiqi xəzinəsi” silsilə verilişlərinin “Klassik musiqi” rubrikasınn müəllifi və aparıcısı (azərb. bəstəkarlarının yaradıcılığı ilə bağlı).

    Maarifçifçilik fəaliyyətini müxtəlif telekanallarda davam edir (azərb., rus, qərb bəstəkarlarının yaradıcılğı ilə bağlı).

    2015- ABİ və AYB-nin birgə keçirilən “Mahnıdan şarkıya” layihəsinin iştirakçısı. Bakı-Ankara.


    Yaradıcılıq fəaliyyəti:
    1995- YUNESKO-nun elan etdiyi “Qadın ili” münasibətilə “Qadın və musiqi” adlı “Kamera və orqan musiqi zalı”nda (Kirxa) keçirilən konsertdə ilk sərgi. (Sərgi-konsertdə Azərbaycan prezidenti H.Əliyev cənablarının iştirakı)

    2003- Çin.  Pekin. Azərbaycan mədəniyyəti günləri. (qrup sərgi). Art Qafqaz-2004.Tiflis (qr.sərgi) Müxtəlif sərgilərdə mütəmdi olaraq iştirak edir. Rəsmləri respublika və onun hüdudlarından kənarda- Türkiyə, Rusiya, ABŞ, Çin, Avstriya, İspaniya, belcikada şəxsi kollesiylarda saxlanılır.

    2005-Azərb. Yaradıcı QadınlarAssosiyasiyasının üzvü.

    2005- Azərbaycan Rəssamlar İttifaqının üzvü.

    2016- Xatirə Həsənzadə. XXI əsr Nuhun gəmisi.Qrafika. Kataloq. Bakı, Çaşıoğlu nəşriyyatı 71s.

    Ailəlidir. Iki övladı, iki nəvəsi var.