Qafarova Zemfira Həsən qızı
Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü, Əməkdar incəsənət xadimi
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 22.11.1942.
Təhsil: 1957-1961 – A.Zeynallı adına Bakı musiqi texnikumunun nəzəriyyə şöbəsi; fərqlənmə diplomu
1961-1966 – Ü.Hacıbəyov adına ADK (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Alademiyası)
Pedaqoji fəaliyyəti: 1966-cı ildən Ü.Hacıbəyov adına ADK-nın “Musiqi tarixi” kafedrasının müəllimi, dosenti (1986), professorudur (2009).
Musiqişünasların diplom, bakalavr, magistr və doktorluq dissertasiyalarının işlərinə rəhbərlik edib.
Elmi fəaliyyəti: “Üzeyir Hacıbəylinin “Koroğlu” operası” adlı sənətşünaslıq dissertasiyasını , 1984-cü ildə Daşkənd şəhərində müdafiə edib.
Müxtəlif toplularda yerli və xarici mətbuatda məqalələr çap etdirir;
Ü.Hacıbəyli adına BMA-da və Bəstəkarlar İttifaqında müxtəlif mövzulu konfranslarda çıxış edir.
1973 –cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 2007-çi ildən idarə heyətinin üzvü, 2012 – ci ildən Bəstəkarlar İttifaqının katibidir.
2012 -ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Elmi metodik Şurasınınnın “İncəsənət” bölməsinin sədri olub.
2013-cü ildən İctimai televeziyanın yayım şurasının üzvüdür.
Z.Qafarova bir neçə kitabın müəllifidir:
1. Рамиз Мустафаев. Баку: Ишыг, 1979
2. Тофик Бакиханов. Баку: Ишыг. 1980
3. Узеир Гаджибеков .Кероглу. Баку: Язычы, 1981
4.Tofiq Bakixanov. Bakı: Azərnəşr, 1992
5. Şəfiqə Axundova. Bakı: Qanun, 1996
6. Hacı Xanməmmədov. Bakı: Şirvannəşr, 1998
7. Тельман Гаджиев. Баку: Тафаккур, 2000
8. Али Ахвердиев. Баку: Сада, 2003
9. Азербайджанское музыкальное искусство. Статьи. Очерки. Рецензии. (1969-2008). Bakı, Səda, 2008
10.Ramiz Mustafayev. Bakı: Səda, 2009
11. Rauf Əliyev. Şərq-Qərb Nəşriyyat Evi. 2014
12. Şəfiqə Axundova. Şərq-Qərb Nəşriyyat Evi. 2015
Tədris ədəbiyyatı:
Üzeyir Hacıbəyovun “Koroğlu” operası. Dərs vəsaiti. Bakı: 1994
Xarici musiqi tarixinə dair mühazirələr. Bakı, 2008