• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Axundova-Dadaşzadə Zümrüd Araz qızı

    Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar incəsənət  xadimi

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 02.06.1962.


    Təhsil:
    1969 -1980-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi məktəbi, 1980-1985 ci illərdə Ü.Hacıbəyov ad. Azərbaycan Dövlət Konservatoriysının tarix-nəzəriyyə fakültəsi, fərqlənmə diplomu İxtisas: musiqişünas, müəllim, musiqi tənqidçisi 1989-1992-ci illərdə AMEA-nın aspiranturasında (qiyabi) təhsil alıb.


    Pedaqoji fəaliyyəti:
    1988-ci ildən BMA-nın “Musiqi tarixi” kafedrasında çalışır. 2013-cü ildən kafedranın professorudur.

    Əməkdar İncəsənət  xadimi (2011).


    Elmi fəaliyyəti:
    1997-ci ildə “Azərbaycan simfoniyası:1960-1980-ci illər” mövzusunda dissertasiyanı müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsini alıb. Elmi rəhbər – AMEA-nın müxbir üzvü, elmlər  doktoru, professor Zemfira Səfərova.

    Bəstəkarlar İttifaqının üzvü (1987).

    “Sənət akademiyası”  jurnalının redaksiya heyətinin üzvüdür.

    Böyük səhnə” müsabiqəsində 2014, münsiflər heyətinin üzvü olub.

    “Eurovision-2015” müsabiqəsində Azərbaycan tərəfindən  münsiflər heyətinin  sədri olmuşdur.

    Müxtəlif toplularda yerli və xarici mətbuatda  məqalələr çap etdirir və konfranslarda çıxış edir.


    Z.Dadaşzadənin kitabları:

    Aqşin Əlizadə. Bakı: İşıq, 1992

    Simfoniyanın fəzası.1970-80-ci illər Azərbaycan simfoniyası: əsas təmayüllər. Bakı: Elm, 1999

    “Biz də dünyanın bir hissəsiyik...” Bakı: Nurlan, 2004

    Zemfira Səfərova. Bakı: Şərq-Qərb, 2014

    Elnarə Dadaşova. Bakı: Şərq-Qərb, 2016.

     Tədris ədəbiyyatı:

    Müasir musiqi” fənni üzrə proqram

    “XX əsr ingilis musiqisi” metodik göstərişi

    Azərbaycan simfoniyası. 1960-1980-ci illər (janrın əsas inkişaf təmayüllərinə dair). Dərs vəsaiti. Bakı: Ziya, 2012