Nəsirova Könül Yasif qızı
Kafedrası müdiri, BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: 1968 –ci il Bakı şəhəri.
Təhsil: 1975 - 1986 ci illlər - Bülbül adına orta ixtisas musiqi məktəbi
1986–1991 - Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının musiqi – nəzəriyyə fakultəsi. İxtisası: musiqişünas, müəllim və tədqiqatçı; fərqlənmə diplomu;
1991–1996 - Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dissertantı.
Pedoqoji fəaliyyəti: 1991-ci ildən bu günə qədər Ü.Hacıbəyov adına ADK-nın (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) “Musiqi tarixi” kafedrasının müəllimi, baş müəllimi (1998), dosenti (1999), professorudur (2014).
Bir sıra bakalavr, magistr və fəlsəfə doktorları dissertasiyalarının elmi rəhbəri.
Elmi fəaliyyəti: “Q.Qarayev melodikasının xalq – milli mənbələri” adlı sənətşünaslıq dissertasiyasını (Elmi rəhbəri – Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor A. Tağızadə) 1997 – ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda müdafiə edib.
Ölkədə və xaricdə bir sıra elmi – publisistik məqalələri çap olunmuşdur.
Beynəlxalq simpoziumlarda çıxışlar edib.
Ü.Hacıbəyli adına BMA – nın Elmi Şurasının üzvü və M. Rostropoviç muzeyinin elmi surasının üzvü.
Kitablar:
1. Qarayevin melodikası. Bakı, “Şərq – Qərb”, 2000.
2. F.Əmirovun “Min bir gecə baleti”. Bakı, “Təhsil”, 2005.
3. Şərəfli ömür . Bakı, “Nurlan”, 2009.
4. Rəşid Behbudov. Bakı, “Şərq – Qərb”, 2017.
5. Azərbaycan vokal sənətinin ustadları. I cild . Bakı, “Təknur” 2020.
6. Azərbaycan vokal sənətinin ustadları. II cild . Bakı, “Təknur” 2020.
7. Qara Qarayev -100. Sənətin yolları. (tərtibçi - redaktor). Bakı, Afpoliqraf, 2019.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Müxtəlif toplularda yerli və xarici mətbuatda məqalələr çap etdirir; Respublika və Beynəlxalq konfransların iştirakçısıdır.
Tədris ədəbiyyatı:
XX əsr musiqisinin inkişaf yolları. Bakı, 2004 (metodik vəsait)
XX əsr Alman musiqisi metodik vəsait. Bakı,2005. Tədris olunan fənnlər üzrə bir sıra proqramlar.