Babayeva Minaxanım İsmayıl qızı
Baş müəllim
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 07.10.1984.
Təhsil: 1991 - 2002 – Bülbül adına orta ixtisas musiqi məktəbinin tarix-nəzəriyyə şöbəsi;
2002 - 2006 – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakultəsinin bakalavr pilləsi; fərqlənmə diplomu
2006 - 2008 – Naxçıvan Dövlət Universitetinin magistr pilləsi; fərqlənmə diplomu
2008-2011 – Azərbaycan Milli Konservatoriyasının aspiranturası
Pedoqoji fəaliyyəti: 2009-cu ildən bu günə qədər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının müəllimi, 2016-cı ildən baş müəllimidir.
Elmi fəaliyyəti: “Azər Dadaşovun kamera musiqisinin üslub xüsusiyyətləri” adlı sənətşünaslıq dissertasiyasını (Elmi rəhbər: Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ü.İ.İmanova) 2015-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Müdafiə şurasında” müdafiə edib.
“Azər Dadaşovun musiqi dünyası” (Bakı: 2019, 157 s.) adlı monoqrafiyanın və “Azərbaycan bəstəkarlarının kamera yaradıcılığına dair” (Bakı: 2018, 95 s.) dərs vəsaitinin müəllifidir.
Müxtəlif toplularda yerli və xarici mətbuatda məqalələr çap etdirir;
Respublika və Beynəlxalq konfransların iştirakçısıdır.
2016-cı ildən Fakultə Elmi Şurasının elmi katibidir.