• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Növrəsli Aybəniz Firudin qızı  

    Baş müəllim

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı .şəh. 30.07.1987.

    Təhsil:  2004-cü ildə Bülbül adına Orta İxtisas Musiqi  Məktəbinin “Tarixi –nəzəriyyə” şöbəsini bitirmiş, elə həmin ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına daxil olmuşdur.

    2008-ci ildə bakalavr (Diplom işi: N.Mirişlinin “Mərasim” simfoniya –konserti), 2010-cu ildə magistr pillələrini (Diplom işi: “XX əsr Azərbaycan bəstəkarlarının fortepiano yaradıcılığında orijinal tapıntılar axtarışı”) professor Ülviyyə İmanovanın sinfi üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

    2012-ci ildə keçirilən musiqişünas Elmira Abbasovanın adını daşıyan müsabiqənin qalibi, I yerin sahibi olmuşdur.

    Pedaqoji fəaliyyəti:      2011 -ci ildən Ü.Hacıbəyli  adına Bakı Musiqi Akademiyasında çalışır, 2016 –  cı ildən “Musiqi tarixi” kafedrasının baş müəllimi və kafedranın elmi  katibidir. Bu illərdə bir sıra buraxılış işlərinə rəhbərlik etmişdir.

    Elmi fəaliyyəti: 2018 –ci ildə “Müasir Azərbaycan musiqisi  kontekstində Aqşın Əlizadənin üslub axtarışları” (elmi rəhbər: Əməkdar müəllim, prof. Ü.İ.İmanova)  mövzusunda dissertasiya müdafiə etmiş, sənətşünaslıq  üzrə fəlsəfə doktorudur.

    Mütəmadi olaraq yerli və xarici mətbuat səhifələrində məqalələri çap olunur, Beynəlxalq və Respublika konfranslarının daimi iştirakçısıdır. Azərbaycan musiqisinin təbliği məqsədilə ölkəmizdə və onun hüdudlarından kənarda natiqlik fəaliyyəti ilə məşğuldur.

     İctimai fəaliyyəti: 2004-2006-cı illərdə Ü.Hacıbəyli adına Bakı  Musiqi Akademiyasının  mətbuat (PRESS)  xidmətində çalışmış, mütəmadi olaraq keçirilən tədbirlərin iştirakçısı və təşkilatçısı   olmuşdur.                                                 

    2008 -2010 –cu illərdə Bakı Musiqi Akademiyası tələbələrinin təşəbbüsü ilə yaradılmış “Azərbaycan Gənc Musiqiçilər Birliyi”nə rəhbər seçilmişdir.

    Müxtəlif illərdə Mədəniyyət Nazirliyinin təşkil etdiyi Festivalların təşkilat komitəsinin işçi qrupuna daxil edilmişdir (A.Məlikov -75, Beynəlxalq Rostropoviç Festivalları, Q.Qarayev – Beynəlxalq Müasir Musiqi Festivalları, Beynəlxalq Qəbələ Festivalları və s.).

    2009 -2011 –ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqında Baş Məsləhətçi vəzifəsində çalışmışdır.

    2011-ci ildə Azərbaycan Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyəti tərəfindən görkəmli bəstəkar Aqşın Əlizadə haqqında çəkilən “Portret” filminə ssenari müəllifi olaraq dəvət almışdır. Film həmin ildə də ekran üzü görmüşdür.

    2013-cü ildə çapdan çıxan, dahi bəstəkar Qara Qarayevin 95 illiyinə həsr olunan “Müasir musiqi haqqında esselər” adlı toplunun ərsəyə gəlməsində yaxından iştirak etmiş, həmçinin topluya daxil olan məqalələrin bir neçəsinin tərcüməçisidir.

     

    Əlaqə telefonu, e`mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.