• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Hüseynova  Aytən  Rafiq  qızı  

    Baş müəllim

    Doğum yeri və tarixi:       1973-cü ildə Bakı şəhəri.

    Təhsil:  1980–1990   46 nömrəli orta məktəb;

    1990-1995 Azərbaycan Texniki Universiteti;fərqlənmə diplomu

    2000-2005 Azərbaycan Texniki Universitetinin nəzdində aspirantura şöbəsi

    Pedoqoji fəaliyyəti: 1995-2000 – ci illərdə Azərbaycan Texniki Universitetinin “Materiallar müqaviməti” kafedrasında  gənc  mutəxəssis  kimi  tədqiqatçı mühəndis vəzifəsində  çalışıb. 2007-ci ildən bu günə qədər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasında müəllim, 2010 –cu ildən isə baş müəllim işləyir.

    Müxtəlif toplularda məqalələr çap etdirir;

    Tədris ədəbiyyatı:   İnformatika üzrə proqramların müəllifidir.