• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Babayeva Minaxanım İsmayıl qızı

    Baş müəllim

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 07.10.1984.

    Təhsil: 1991 - 2002 – Bülbül  adına  orta ixtisas  musiqi məktəbinin tarix-nəzəriyyə şöbəsi;

    2002 - 2006 – Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakultəsinin bakalavr pilləsi; fərqlənmə diplomu

    2006 - 2008 – Naxçıvan Dövlət Universitetinin magistr pilləsi; fərqlənmə diplomu

    2008-2011 – Azərbaycan Milli Konservatoriyasının aspiranturası

    Pedoqoji fəaliyyəti: 2009-cu ildən bu günə qədər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının müəllimi, 2016-cı ildən baş müəllimidir.

    Elmi fəaliyyəti: “Azər Dadaşovun kamera musiqisinin üslub xüsusiyyətləri” adlı sənətşünaslıq dissertasiyasını (Elmi rəhbər: Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ü.İ.İmanova) 2015-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Müdafiə şurasında” müdafiə edib.

     “Azər Dadaşovun musiqi dünyası” (Bakı:   2019, 157 s.) adlı monoqrafiyanın və “Azərbaycan bəstəkarlarının kamera yaradıcılığına dair” (Bakı: 2018, 95 s.) dərs vəsaitinin müəllifidir.

    Müxtəlif  toplularda yerli və xarici mətbuatda  məqalələr çap etdirir;

     Respublika və Beynəlxalq konfransların iştirakçısıdır.

     2016-cı ildən Fakultə Elmi Şurasının elmi katibidir.