Səfərəlibəyova Rəna İsmət qızı
Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: 1957-ci ildə Bakı şəhəri.
Təhsil: 1973 –1977 A.Zeynallı adına Bakı musiqi texnikumunun nəzəriyyə şöbəsi;
1977-1982 – Ü.Hacıbəyov adına ADK-nın (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) tarix –nəzəriyyə fakultəsi. İxtisası: müəllim, musiqişünas, mühazirəçi; fərqlənmə diplomu;
Pedoqoji fəaliyyəti: 1983-cü ildən bu günə qədər Ü.Hacıbəyov adına ADK –nın (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) “Musiqi tarixi” kafedrasının müəllimi, baş müəllimi, dosentidir. Musiqişünasların diplom və buraxılış işlərinə, magistr dissertasiyalarına rəhbərlik edir; 1977-2011-cü illərdə 3, 8, 21 saylı musiqi məktəblərində müəllim işləyib.
Elmi fəaliyyəti: “Müasir musiqi mədəniyyətinin tərkib hissəsi kimi musiqili televiziyanın problem və perspektivləri” adlı sənətşünaslıq dissertasiyasını (elmi rəhbər: Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor E. Abasova) 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müdafiə edib.
2007-ci ildən “Musiqi sənəti və musiqişünaslıqın hermenevtik əsasları” adlı doktorluq dissertasiyası üzərində çalışır.
Müxtəlif toplularda yerli və xarici mətbuatda məqalələr çap etdirir; Respublika və Beynəlxalq konfransların iştirakçısıdır.
R.Səfərəlibəyova “Musiqi sənətində və musiqişünaslıqda hermenevtik təfsirin prinsipləri” . (Б., Elm və təhsil, 2014. 392с.) monoqrafiyanın müəllifidir.
Tədris ədəbiyyatı: Musiqi tənqidində subyektivlik faktorunun şərhi. (metodik vəsait) Bakı, 2003. 19с.
Tədris olunan fənnlər üzrə bir sıra proqramlar.