• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Pazıçeva İnna Valeryevna

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi:       1969-cu ildə Bakı şəhəri.

    Təhsil: 1988 – A.Zeynallı adına  Bakı musiqi  texnikumunun nəzəriyyə şöbəsi; fərqlənmə diplomu

    1988-1993 – Ü.Hacıbəyov adına ADK-nın (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) tarix –nəzəriyyə fakultəsi. İxtisası: müəllim, musiqişünas, mühazirəçi; fərqlənmə diplomu

    Pedoqoji fəaliyyəti: 1994-cü ildən bu günə qədər Ü.Hacıbəyov adına ADK –nın (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) “Musiqi tarixi” kafedrasının müəllimi, baş müəllimi (2001), dosentidir (2004). Musiqişünasların diplom və buraxılış işlərinə, magistr dissertasiyalarına rəhbərlik edir;

    Elmi fəaliyyəti: “Yeni rus musiqi məktəbi bəstəkarlarının yaradıcılığında oriyentalizm ənənələri” sənətşünaslıq dissertasiyasını (elmi rəhbər: Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor A. Tağızadə) 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müdafiə edib.

    Bir neçə monoqrafiyanın müəllifidir:

    «Вариантность в азербайджанской музыке» (Bakı: “Elm və təhsil”, 2015, 376 s.);

    «Восточная традиция в русской музыке XIX века» (Bakı: “Elm və təhsil”, 2017, 242 s);

    «Тариель Мамедов: в неиссякаемом потоке новых идей» (Bakı: “OL” MMC mətbəəsi, 2019, 496 s.).

    Müxtəlif toplularda yerli və xarici mətbuatda 90-dən artıq məqalələr çap etdirir; Respublika və Beynəlxalq konfransların iştirakçısıdır.

    Tədris ədəbiyyatı: “Xarici musiqi tarixi” və “Rus musiqi tarixi” üçün metodiki işləmələr; «К вопросу изучения «русской музыки о Востоке» (на примере фортепианной фантазии «Исламей» М.Балакирева)» (2002); «Восточные образы в русской опере XIX – начала XX веков» (2006). 

    Tədris olunan fənnlər üzrə bir sıra proqramlar.