Qarayeva Zəhra Hüseyn qızı
Dosent
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri. 1962-ci il
Təhsil: 1969-80-cı illər Bülbül adına orta ixtisas musiqi məktəbi, 1980-1985-ci illər Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası.
Pedaqoji fəaliyyəti: 1985-90-cı illər Televiziya və Radio şirkətinin Niyazı adına Simfonik orkestrinin artisti, 1990-2011-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim, 1988-ci ildən hal-hazıra kimi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Simli alətlər” kafedrasında çalışır. Hal-hazırda dosent vəzifəsini tutur. Z.Qarayevanın tələbələri Respublika müsabiqələrində laureat adına layiq görülüb.
Elmi fəaliyyəti: Violino ixtisasına aid bir sıra metodik və dərs vəsaitlərinin müəllifidir. “N.Paqaninin “24 kapris”inin ifaçılıq interpretasiyasına dair fikirlər” adlı məqaləsi, ifaçılıq fakultəsinin tələbələri üçün “Pillə – pillə irəli” violin ixtisası Xüsusi pedaqoji hazırlıq fənni 2 cildlik dərs vəsaitinin və s. müəllifidir.