Kəngərlinskaya Tamilla Fərrux qızı
Professor, pedaqoji elmlər doktoru, Əməkdər müəllim
Doğum yeri və tarixi: Rusiya, Lipetsk şəh., 1955-ci il.
Təhsil: 1970 ildə A.Zeynallı adına Bakı musiqi texnikumun fortepiano fakultəsinə daxil olub və 1974-ci ildə fərqlənmə diplomu ilə bitirib. 1974-1979-cu illərdə Üz.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyasının fortepiano fakultəsində oxuyub, Azərbaycan Əməkdar incəsənət xadimi, professor F.Ə.Quliyevanın sinfində.
1978-ci ildən pedaqoji fəalliyəti başlayır: 8 saylı Uşaq musiqi məktəbi (1978-1979); Ü.Hacıbəyli adına Ağdam musiqi texnikomu (1979-1981); Respublika İncəsənət Gimnaziyası (1981-1990); 1982-1988-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Musiqi alətləri” kafedrasında müəllim işləyib.
1985-ci ildə Azərbaycan Pedaqoji Elmi-tədqiqat institutunun aspiranturasına daxil olur və 1989 –cu ildə Moskvada SSSR Pedaqoji Elmlər Akademiyasının Bədii Tərbiyə Elmi-Tədqiqat institutunda «Kiçik yaşlı məktəblilərin harmonik eşitmə qabiliyyətinin formalaşması» (Azərbaycan məktəbləri materialıəsasında) mövzusunda dissertasiya işini (13.00.02. - musiqi təhsilinin metodikası ixtisası üzrə) müvəffəqiyyətlə müdafiə edir.
2000-ci ilin mart ayında Bakı Musiqi Akademiyasının Bədii şurasının iclasında «Tələbələrin xüsusi pedaqoji və ifaçılıq hazırlığı sistemində inteqrativ prinsipdən istifadə» (13.00.01 – ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi) ixtisası üzrə mövzusunu təsdiq edib və 26 oktyabr 2007-ci ildə doktorluq dissertasiyasını Üz.Hacıbəyli adına BMA-nın nəzdində Dissertasiya Şurasının iclasında müvəffəqiyyətlə müdafiə edib.
Bu illər ərzində «Musiqi pedaqogikası və psixologiya” və “Fortepiano təliminin metodikası”üzrə mühazirə kursları aparır. Tamilla xanım Bakı Musiqi Akademiyasında keçirilən müxtəlif elmi-ifaçılıq konfransların aktiv təşkilatçısıdır və burada onun tələbələri maraqlı mövzularla çıxış edirlər.
1989-cu ildən bu günə kimi Üz.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasında işləyir: 1992-ci ildən baş müəllim; 1994-cü ildən – dosent; 2006 ildən – professor vəzifəsində.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 20 dekabr tarixli 1904 nömrəli Sərəncamı ilə “Azərbaycan Əməkdar müəllim” adına laiq görülüb.
T.F.Kəngərlinskayanın yeni gənc nəslin musiqiçi-alimlərin yetişməsində böyük zəhməti var. Bir sıra aspirantların və dissertantların elmi rəhbəridir.