Məlikova Nigar Akif qızı
Baş müəllim, Əməkdar artisti
Təhsil: Məlikova Nigar Akif qızı 1998-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra həmin ili Bakı Musiqi Akademiyasının I kursuna daxil olmuşdur.
2002-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakultəsini bitirmişdir (professor Ə.Vəkilovanın sinfi). Həmin ildən “Solo oxuma” kafedrasının vokal fakultətiv üzrə təhsilini də sona çatdırdı.
2004-cü ildə magistratura pilləsini, 2006-cı ildə fortepiano ixtisası üzrə təcrübəçi-assistent kimi təhsilini bitirmişdir.
Pedaqoji fəaliyyəti:
2003-cü ildən “Solo oxuma” kafedrasında konsertmeyster vəzifəsində çalışmışdır.
Konsertmeyster fəaliyyəti ilə bərabər 2006-cı ildən “Üns” yaradıcılıq sahəsində də çalışmışdır. Dəfələrlə müxtəlif tədbirlərdə iştirak etmişdir.
2012-ci ildən “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasında müəllim, 2014-cü ildən baş müəllim vəzifəsində çalışır.
Hazırda Nigar Məlikova Bakı Musiqi Akademiyasının dissertantıdır.
Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 17 sentyabr tarixli 2903 nömrəli Sərəncamı ilə "Əməkdar artisti" adına layiq görülmüşəm.
Elmi fəaliyyəti: Bir sarı elmi metodik vəsaitlərin müəllifidir.