Abasquliyeva Niqar Oqtay qızı
Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 24 iyun 1980-ci il.
Təhsil: Nigar Oqtay qızı Abasquliyeva 2001-ci ildə Bakı Musiqi Akademiyasının fortepiano fakultəsində bakalavr pilləsini, 2003-cü ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir (professor O.H.Abasquliyevin sinfi).
Pedaqoji fəaliyyəti: Həmin ildən BMA-nın “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasında müəllim vəzifəsində çalışır.
Elmi fəaliyyəti: N.O.Abasquliyeva dəfələrlə elmi-nəzəri konfranslarda məruzələrlə çıxış edib və bir sıra elmi-metodik işləri müəllifidir.
2008-ci il 7 fevral tarixində N.O.Abasquliyevanın “Стилевые черты и особенности интерпретаций фортепианной музыки Мусы Мирзоева” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi.
2014-cü ildə Abasquliyeva N.O. “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasında dosent vəzifəsində çalışır.