Sultanova Fəridə Nurəddin qızı
Kafedranın dosenti
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 17 avqust 1961-ci il.
Təhsil: 1979-cu ildə Bül-Bül adına orta ixtisas musiqi məktəbini bitirmişdir.
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini 1985-ci ildə bitirmişdir (professor O.H.Abasquliyevin sinfi).
Pedaqoji fəaliyyəti: 1979-cu ildən bu günə qədər 8 saylı uşaq musiqi məktəbində konsertmeyster və müəllim vəzifəsində çalışır. Hal-hazırda məktəb Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbi adlanır. 1992- ci ildən əsas iş yeri Bakı Musiqi Akademiyasıdır.
1992-ci ildən BMA-da konsertmeyster vəzifəsində, 1999-cu ildən isə “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müəllim, 2005-ci ildən isə kafedranın baş müəllimi, 2010-cu ildən “Ixtisas fortepiano” kafedrasında baş müəllim, 2016-ci ildən dosent vəzifəsində işləyir.
F.Sultanova həmçinin “Ixtisas fortepiano” kafedralarında baş müəllim vəzifəsində çalışır.
Elmi fəaliyyəti: Bir sıra elmi məqalələrin və vəsaitlərin müəllifidir.