Yusifova Həqiqət Sabir qızı
Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: Azərbaycan, Sumqayıt şəh., 1967-ci il.
Təhsil: 1984-cü ildə Soltan Hacıbəyov adına Sumqayıt Orta İxtisas Musiqi məktəbinə fortepiano ixtisası üzrə qəbul olmuşdur.
1987-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriysının fortepiano fakültəsinə daxil olmuş, 1992-ci ildə həmin ali məktəbi bitirmişdir.
Pedaqoji fəaliyyəti: H.Yusifova 2008-ci ildə Əməkdar İncəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gulnaz Abdullazadənin rəhbərliyi ilə «Sevda İbrahimovanın kamera instrumental əsərlərinin ifaçılıq xüsusiyyətləri» adlı dissertasiya işini müdafiə etmiş, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
1992-ci ildə Bakı Musiqi Akademiyasında «Xalq çalğı alətləri» kafedrasında baş laborant kimi işə başlamışdır.
1997-ci ildən bu günə kimi «Doktorantura və dissertantura» şöbəsinin müdiri vəzifəsində çalışır. Bununla yanaşı 1998-cı ildən başlayaraq H.Yusifova Bakı Musiqi Akademiyasının «Metodika və xüsusi pedaqoji hazırlıq» kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir. 2004-cü ildə baş müəllim, 2009-cu ildən isə dosent vəzifəsinə keçib.
Elmi fəaliyyəti: Bir sıra elmi məqalələrin və vəsaitlərin müəllifidir.
2000-2005-ci illərdə H.Yusifova aspirant və gənc tədqiqatçıların VІ, VІ,VІІ, ІX, X Respublika Elmi Konfranslarında məruzələrlə çıxış etmişdir. Bu çıxışlar «Aspirant və gənc tədqiqatçıların Respublika Elmi Konfransı» adlı topluda çap olunmuşdur.