Tuayeva Mədinə Zaurbəyovna
Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 04 avqust 1966-cı il.
Təhsil: 1984-cü ildə Bul bul adına orta ixtisas məktəbini bitirmiş və Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakultəsinə daxil olmuşdur. 1989-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakultəsini bitirmişdir (professor O.H.Abaquliyevin sinfi).
Pedaqoji fəaliyyəti: 1990-cı ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində olan musiqi məktəb-studiyasında fortepiano müəllimi kimi fəaliyyətə başlamışdır. 2000-ci ildən “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasında müəllim vəzifəsində çalışır.
2005-ci ildən bu kafedranın baş müəllimi kimi fəaliyyətini davam etdirmişdir. 2009-cu ildən dosent vəzifəsində çalışır.
Elmi fəaliyyəti: 2010-cu ildə M.Tuayeva “Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasının şagirdlərinin kompleksli təlimi üzrə eksperimental işin məzmun və formaları” adlı dissertasiya işi müdafiə etmişdir (elmi rəhbər – professor T.F.Kəngərli, elmi məsləhətçi – professor T.M.Seyidov).
Onun sinfinin yetirmələri müxtəlif Respublika müsabiqə və festivallarının iştirakçılarıdır.
M.Tuayeva müəllimlik fəaliyyəti ilə yanaşı elmi-metodik, elmi-tədqiqat işi ilə ciddi məşğul olur. M.Tuayeva musiqi təhsili və tərbiyəsinə həsr olunmuş bir sıra maraqlı elmi əsərlərin, 7 dərs vəsaitin və 1 proqramın müəllifidir. Mədinə Tuayeva C.Gerşvin, F.Pulenk, Q.Qarayev, A.Məlikovun əsərlərindən ibarət fortepiano duetləri ilə dəfələrlə çıxış etmişdir.