• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Rzayeva Arzu Malik qızı

    Dosent

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 2 yanvar 1959-cu il.

    Təhsil:   O, 1978-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişdir. A.Rzayeva 1986-cı ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakultəsini (dosent C.Qarayevin sinfi) bitirmişdir. Oxuduğu illərdə A.Rzayeva Azərbaycan Bəstəkarlar İttifaqının plenum və konsertlərində Azərbaycan bəstəkarlarının əsərləri ilə çıxış etmişdir.

    Pedaqoji fəaliyyəti:  

    1991-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının vokal kafedrasında (professor K.Kərimov) konsertmeyster vəzifəsində çalışmışdır.

    1992-cı ildən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasında pedaqoji fəaliyyətə başlamışdır.

    2004 - 2014 cü illərdə Şuşa Musiqi Kollecində İxtisas Fortepiano müəllimi kimi işləmişdir. O, müxtəlif illərdə Avropa və Azərbaycan bəstəkarlarının fortepiano əsərlərindən ibarət konsertlərdə çıxış etmişdir.

    2008-ci ildən həmin kafedrada dosent vəzifəsində çalışır. 

    2015-2016 tədris ilindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsis olunmuş SABAH proyektində iştirak edir və həmin proyektin təşkil etdiyi təlimlərdə iştirakına görə 4 sertifikata malikdir.

    Hazırda A.Rzayeva Bakı Musiqi Akademiyasının dissertantıdır.

    Elmi fəaliyyəti:   5 dərs vəsaitinin ("Xüsusi pedagoji hazırlıq kursunda pianoçu-tələbənin nəzəri və praktiki biliklərinin əsasları" 2 hissə, "Azərbaycan bəstəkarlarının fortepiano əsərlərindən ibarət müntəxabat", "Современная музыка азербайджанских композиторов в репертуаре юного пианиста"), 6 metodik vəsaitin, bir sıra elmi məqalələrin, 2 fənn proqramının müəllifidir.