• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


     Mustafayeva Sevil İslam qızı

    Kafedranın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi:   Azərbaycan, Gəncə şəh., 1951-ci.

    Təhsil:   1966-cı ildə Gəncə şəh.Q.Hüseynli adına Musiqi texnikomuna daxil olub.

    1970-ci ildə texnikomu bitirib və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına fortepiano şöbəsinə daxil olub.


    Pedaqoji fəaliyyəti:  

    1975-ci ildən Bakı şəh. 30 №-li Uşaq Musiqi məktəbində başlayıb.

    1993-cü ildə BMA-nın “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müəllimidir.

    2003-cü ildən kafedranın dosenti, 2012-ci ildə “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasında professor vəzifəsində çalışır.

    Elmi fəaliyyəti: 

    1997-ci ildə - sənətşünaslıq üzrə fəlsəfə doktoru layiq görülüb. Dissertasiya işinin mövzusu «Народно-национальные черты музыкального языка инструментальных произведений Азера Рзаева и вопросы их интерпретации».

    Professor S.İ.Mustafayevanın bir sıra elmi işləri çap olunmuşdur.