• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


     Nəcəfəliyeva İrina Əliyulla qızı

    Professor, əməkdar müəllim

    Doğum yeri və tarixi:   Azərbaycan, Bakı şəh., 1940-cı il.

    Təhsil:   O, 1967-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirmişdir (Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, professor N.X.Usubovanın sinfi üzrə).

    Pedaqoji fəaliyyəti:   Həmin ildən Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim vəzifəsinin işləyir.

    1971-ci ildən “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasında xüsusi pedaqoji hazırlıq kursunu tədris edir.

    İ.Ə.Nəcəfəliyevanın ifaçılıq fəaliyyəti də qeyd olunmalıdır. 1973-cü ildə Azərbaycan Dövlət Radio və Televiziyasının fondunda onun Q.Qarayev adına Dövlət Kamera orkestri ilə dirijor, Xalq artisti Nazim Rzayevin rəhbərliyi ilə Mosartın c-moll konserti lentə yazılıb.

    2008-ci ildə İ.Ə.Nəcəfəliyeva Azərbaycan Respublikasının əməkdar müəllimi adına layiq görülüb. O, 2008-ci ildə dosent,  2011-ci ildə professor adına layiq görülmüşdür.

    Elmi fəaliyyəti:    İ.Ə.Nəcəfəliyeva bir sıra elmi-metodik dərs vəsaitlərinin müəllifidir.