• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Əliyeva Fatimə Səttar qızı

    Baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi:  Azərbaycan, Sumqayıt şəh., 1977-ci il.

    Təhsil:  2000-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakultəsinin bakalavr pilləsini, 2002-ci ildə magistraturanı, 2005-ci ildə isə fortepiano fakultəsini təcrübəçi-assistent kimi bitirmişdir (prof. O.H.Abasquliyevin sinfi.).

    Pedaqoji fəaliyyəti:  2010-cu ildən BMA-nı «Metodika və xüsusi pedaqoji hazırlıq» kafedrasıda müəllim, 2011-ci ildən baş müəllim, 2015-ci ildən Bakı Musiqi Akademiyasında fəaliyyət göstərən “Sabah” mərkəzinin rəhbəri vəzifəsində çalışır.

    2015-2016 tədris ilindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsis olunmuş SABAH proyektində iştirak edir və həmin proyektin təşkil etdiyi təlimlərdə iştirakına görə 4 sertifikata malikdir.

    Elmi fəaliyyəti:   Elmi yaradıcılıq sahəsində isə əsas nailiyyəti 2009-cu ildə müdafiə etdiyi “Azərbaycan bəstəkarlarının fortepiano konsertləri (1970-2000-ci illər) (faktura və lad harmoniyası) “mövzusunda dissertasiya işini müdafiə edərək 2011- ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Bir sıra elmi məqalələrin müəllifidir.