• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Hüseynova Nərgiz Siyavuş qızı

    Dosent, sənətsünaslıq üzrə fəlsəfə doktoru

    Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri. 13.01.1968

    Təhsil: Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservayoriyasının “Solo oxuma” şöbəsini Əməkdar incəsənət xadimi, professor Kamal Kərimovun sinfi üzrə (1992) bitirib.

    Pedaqoji fəaliyyəti: 1994-cü ildən Konservatoriyada əmək fəaliyyətinə başlayıb.2000-ci ildən müsabiqə yolu ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma” kafedrasında müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. Ü.Hacıbəyli adına Bakı Musuqi Akademiyasının“Solo oxuma” kafedrasının dosenti, İxtisasartırma şöbəsinin müdiridir. Hüseynova Nərgiz “Solo oxuma” kafedrasıında Vokal ifaçılığının tarixi və metodologiyasına dair fənləri tədris edir.

    Elmi fəaliyyəti: 2010-cu “Azərbaycan opera sənətində milli vokal məktəbinin təşəkkülü və inkişafı”mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək “Sənətsünaslıq üzrə fəlsəfə doktoru”elmi adını alıb.

    2014-cü ildə Azərbaycan Respublikası AAK-sı tərəfindən Dosent elmi adına layiq görülüb. Nəşr olunmuş bir sıra elmi əsərlərin müəllifidir. Nərgiz Hüseynova Respublikanın aparıcı jurnallarında vokal ifaçılığına dair məqalələrin, metodiki vəsait və dərs vəsaitlərinin müəllifidir.

    Elmi konfransda iştirakına görə Azərbaycan Respublukası Təhsil Nazirliyinin xüsusi Sertifikatı ilə təltif olunub.