Yusifova Lətafət Ağa qızı
Dosent
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəhəri. 11.02.1951.
Təhsil: A.Zeynallı adına Musiqi kollecinin fortepiano şöbəsini, Azərbaycan Dövlət Konservatoriyasının “Solo oxuma”kafedrasını bitirib. Professor Elmira Quliyevadan vokal dərsləri alıb.
Pedaqoji fəaliyyəti: Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma” kafedrasında dosent vəzifəsində çalışır. “Xüsusi pedaqoji hazırlıq ” və “Vokal ifaçılıq sənətinin tarixi” fənnindən dərs deyir.
Elmi fəaliyyəti: “Vokal ifaçılıq sənətinin tarixi”- məktəblər üçün proqram(2015), “Xüsusi pedaqoji hazırlıq” kursu üzrə “İbtidai iş biliklərinə dair” metodik vəsait, “Vokal ifaçılıq sənətinin tarixi” iki hissəli dərs vəsaiti və b. Magistr və bakalavr üzrə test tərtib etmişdir. 2015-ci ildə Veronada keçirilən konfransda “Caz və muğamın sintezi- Vaqif Mustafazadə”adlı məqalə ilə uğurla çıxış etmiş və diploma layiq görülmüşdür.