Sədirxanova Kamilla Ridvan qızı
Baş müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh. 1981.
Təhsili: 1987-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olmuş, 1998-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
Pedaqoji fəaliyyəti: 1998-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakultəsinə daxil olmuşdur.
2004-cü ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano və orqan sinfinin bakalavr və magistratura pillələrini bitirmişdir.
2004-ci ildən BMA-da «Xor dirijorluğu» kafedrasında konsertmeyster kimi çalışır.
2005-2008-ci illərdə BMA-nın «Nəfəs və zərb alətləri» kafedrasında çalışmışdır. Eyni zamanda 2005-2010 illərdə Bül-Bül adına orta ixtisas musiqi məktəbinin vokal sinfində konsertmeyster kimi çalışmışdır.
2010-cu ildən həmin məktəbin nəfəs alətləri, 2013-cü ildən isə skripka sinfinlərində konsertmeyster kimi işləyir.
2011-2013 illərdə BMA-nın «Ümumi fortepiano» kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir.
2012-ci ildən BMA-nın «Konsertmeyster ustalığı» kafedrasında müəllimədir. 2014-cü ildə həmin kafedranın müsabiqə yolu ilə baş müəllimidir.
Elmi fəaliyyəti: 2010-cu ildə dissertasiya işini müdafiə etmişdir. 2011-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən təsdiqlənib.