Aşumova Afaq Fazil qızı
Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Doğum yeri və tarixi: Rusiya, Moskva şəh. 1980.
Təhsili: 1993-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə daxil olmuş və 1998-ci ildə bitirmişdir.
2004-cü ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano və orqan sinfinin bakalavr və magistratura pillələrini, 2007-ci ildə fortepiano ixtisası üzrə assistent-stajorluğu bitirmişdir.
Pedaqoji fəaliyyəti: 1999-cı ildən 2002-ci ilə qədər 3№-li musiqi məktəbdə konsertmeyster vəzifəsində çalışmışdır.
1999-2002 illərdə 3 saylı musiqi məktəbində, 2002-2013-cü ilə gədər BMA-nın «Nəfəs və zərb alətləri» kafedrasında konsertmeyster vəzifəsində çalışmışdır.
2004-cü ildən «Konsertmeyster ustalığı» kafedrasının müəllimi, 2011-ci ildən həmin kafedranın müsabiqə yolu ilə baş müəllimi, 2013-cü ildən isə «Orqan və klavesin» kafedrasının baş müəllimidir. Müsabiqə yolu ilə 2014-cü ildən dosent vəzifəsini tutur.
Elmi fəaliyyəti: 2010-cu ildə «Органная культура в Азербайджане» adlı dissertasiya işini müdafiə edərək, 2011-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən təsdiqlənib. Fəaliyyəti ərzində 8 tələbə hazırlayıb.