• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Həsənova Ceyla Bahadır qızı

    Baş müəllim

    Doğum yeri və tarixi:   Azərbaycan, Bakı şəh., 26 avqust, 1976.

    Təhsili:   1983 – ildə “Bül – Bül” adına orta ixtisas musiqi məktəbinə daxil olub.

    1994 – cü ildə məktəbi fərqlənmə diplomu ilə bitirib.

    1994 – cü ildə fortepiano fakültəsinə Üz.Hacıbəyli adına Dövlət Musiqi Akademiyasına daxil olub.

    Pedaqoji  fəaliyyəti:   

    1998 – ci ildə Üzeyr Hacibəyli Az.D.M. Akademiyasında konsertmeyster işləmişdir.

    01.09.1998-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecində fortepiano şöbəsində müəllim və konsertmeyster kimi fəaliyyət göstərməyə başlamışdır.

    2000 – ci ildə nəfəs və vokal, fortepiano və konsertmeyster ustalığı kafedralarında çalışmışdır.

    2000-ci ildə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasının “Magistr” pilləsinə daxil olmuşdur.

    29.04.2002 – ci ildə “Konsertmeyster ustalığı” kafedrasınhda müəllim kimi fəaliyyətə başlamışdır.

    15.09. 2010 – cu ildə BMA-nın baş müəllim adına layiq görülmüşdür.

    2011 – ci ildə elmi iş üzrə “Навыки Аккомпаниатора” işləmişdir.