Abasquliyeva Leyla Hüseyn qızı
Kafedra müdiri, professor, Əməkdar incəsənət xadimi, Əməkdar müəllim
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 17.05.1956.
Təhsili: 1977-ci ildə o, S.Hacıbəyli adına Sumqayıt Musiqi Məktəbində müəllim kimi fəaliyyətə başlamışdır.
Pedaqoji fəaliyyəti: 1989-cu ildən Azərbaycan Dövlət Konservatoriyasında əvvəlcə konsertmeyster, eyni zamanda məktəb-studiyasında müəllim, 1992-cu ildən isə “ Konsertmeyster ustalığı” kafedrasının müəllimi vəzifəsində fəaliyyət göstərir.
1999-cu ildə Respublikanın ən yaxşı konsertmeyster adına layiq olmaq üçün keçirilən müsabiqədə L.H.Abasquliyevanın 1 tələbəsi - 2-ci dərəcəli laureat diplomunu qazanmışdır, 2 tələbəsi diplomlarla təltif olunmuşlar.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə Əməkdar müəllim adına layiq görülmüşdür.
2009-cu ildə o, müsabiqə yolu ilə “ Konsertmeyster ustalığı” kafedrasının professoru vəzifəsinə keçmişdir.
2010-cu ildə L.H.Abasquliyeva Üzeyir Hacıbəyli adına BMA- nın “Konsertmeyster ustalığı” kafedrasının müdiri vəzifəsində çalışır və bu vəzifə üçün tələb olunan işlərə çox ciddi və məsulliyyətlə yanaşır.
Elmi fəaliyyəti: 30-dan artıq elmi metodik iş yazmışdır. Onların tərkibində 1 dərs vəsaiti, 6 fənn proqramı, bir sıra metodik tövsiyyələr və elmi məqalələr vardır.
2005 – ci ildə L.H.Abaquliyeva dosent elmi adına layiq görülmüşdür.
2006-cı ildə o dissertasiyasını müvəffəgiyyətlə müdafiə etmiş.