• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Məmmədyarova Gülnarə Hadı qızı

    Dosent

    Doğum yeri və tarixi:   Azərbaycan, Bakı şəh. 26.10.1958

    Təhsili:   Gülnarə Hadı qızı Məmmədyarova 1981-ci ildə Üz. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano ixtisası üzrə Azərbaycanın Əməkdar müəllimi, professor A.Vəkilovanın sinfini fərqlənmə ilə bitirmişdir.

    Pedaqoji fəaliyyəti:  

    1983-cü ildən Azərbaycan Dövlət Konservatoriyasının “Azərbaycan xalq çalğı alətləri” və “Xor dirijorluğu” kafedralarında konsertmeyster vəzifəsində müvəffəqiyyətlə çalışmışdır.

    1993-cü ildən etibarən G. Məmmədyarova Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır.

    2001-ci ildən G. Məmmədyarova həmin kafedranın baş müəllimidir, 2008-ci ildən isə dosent vəzifəsində calışır.

    O, 10 elmi-metodik işin müəllifidir. Onlardan 6-sı çap olunmuşdur.

    Elmi fəaliyyəti: Rus klassik musiqisinin ifaçılıq incəsənətinin III-cü -2011 il, V-ci -2013 və VI-ci -2014 il tələbə festivallarında Fəxri Diplomlarla təltif edilmişdir.