• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Acalova Gülnarə Almaz qızı

    Professor, Əməkdar müəllim

    Doğum yeri və tarixi:   Rusiya, Rostov şəh. 1948.

    Təhsili:   1966-cı ildə Konservatoriyaya daxil olmuş və 1971-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.

    Pedaqoji fəaliyyəti:

    1971-ci ildən skripka kafedrasında konsertmeyster işləyib. İfaçı musiqiçilərin Zaqafqaziya müsabiqələrində iştirak edib (VI 1981, VII 1985), ən yaxşı konsertmeyster diplomuna layiq görülüb.

    1992-ci ildə skripkaçıların 1-ci Respublika müsabiqəsində iştirak etmiş və ən yaxşı konsertmeyster diplomuna layiq görülmüşdür.

    1992-ci ildən «Konsertmeyster ustalığı» kafedrasında işləyir.

    2007-ci ildə «Konsertmeyster fəaliyyətində psixoloji faktorlar» adlı işi dərc olunub.

    2008-ci il aprelin 23-ü dosent dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən təsdiqlənib. 2008-ci il sentyabrın 17-si Acalova Gülnarəyə əməkdar müəllim adı verilib.

    2009-cu ildə Acalovanın «BMA fortepiano tələbələri ücün metodik tövsiyyələr: F.Şubertin skripka və fortepiano üçün fantaziyanın (op.159) ifaçılıq təhlili» elmi işi dərc olunub.

    2011-ci ildə Acalovanın «Müasir Azərbaycan bəstəkarlarının seçilmiş kamera əsərlərindən ibarət tədris repertuarı» adlı proqramı (ixtisas dərəcəsi – bakalavr) dərc olunub. İ.Əliyeva ilə birgə.

    2012-ci ildə professor dərəcəsi Ali Attestasiya Komissiyası tərəfindən təsdiqlənib.

    2013-cü il Avrasiya Tədqiqatlar İnstitunun filialının fəxri fərmanı ilə təltif olunmuşdur.