• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Musayeva Elmira Danil qızı

    Professor, əməkdar müəllim

    Doğum yeri və tarixi:    Azərbaycan, Bakı şəh., 1946.

    Təhsili:   1969-cu ildə Az.Döv. Konservatoriyasının fortepiano fakültəsini bitirmişdir.

    Pedaqoji fəaliyyəti:

    1969-cu ildən başlayaraq burada simli və vokal kafedralarında konsertmeyster kimi əmək fəaliyyətinə başlamışdır.

    Hələ 1981-ci ildə musiqiçi-ifaçıların Zaqafqaziya müsabiqəsində diplomla təltif olunmuşdur.

    1985-ci ildə «Ümumi fortepiano» kafedrasında müəllim, 1991-ci ildən baş müəllim, 2007-ci ildə isə dosent, 2011-ci ildən professor vəzifəsinə təyin edilmişdir.

    2008-ci ildən Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.

    2012-ci ildən AAK-dan keçərək professor elmi adına layiq görülmüşdür.