• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Kərimova Yuliya Mixaylovna

    Baş müəllim


    Doğum yeri:  Rusiya,  28 noyabr 1965.

    Təhsili:   1990 – cı il Sankt Peterburq Dövlət Konservatoriyası.

    Əmək fəaliyyəti:   2005-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Konsertmeyster ifaçılığı” kafedrasında müəllim,  2011-ci ildən baş müəllimdir.

    O, Rusiya, Türkiyə, Avstriya, Almaniya, Slovakiyada kamera ifaçısı ve konsertmeyster kimi çıxış etmişdir.

    Onun Türkiyənın bir çox şəhərlərində dövlət simfonik orkestrləri ilə, Polşanın, Ruminiyanın Dövlət simfonik orkestrləri ile solist kimi çıxışları olmuşdur. Bundan başqa bir sıra tanınmış vokal və skripka ifaçıları ilə də əməkdaşlıq etmişdir.

    Müəllimlik fəaliyyəti zamanı yetişdirdiyi iyirmidən çox tələbələr Türkiyənin müxtəlif musiqi ocaqlarında müvəffəqiyyətlə çalışırlar. Onlardan bir çoxu bir sıra beynəlxalq müsabiqə və festivalların iştirakçısı olmuşdur.