• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    İbrahimova Nərmin Aydın qızı

    Baş müəllim

    Doğum yeri:   Bakı şəhərində anadan olub.

    Təhsil:   Bülbül adına orta ixtisas musiqi məktəbi;

    1995-1999 cu illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano şöbəsinin bakalavr;  Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano şöbəsinin magistr pilləsi;

    2004-2008 ci illərdə BMA-nın doktoranturasında təhsil alıb.

    Əmək fəaliyyəti:

    1999-2010-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində konsertmeyster və müəllim kimi çalışıb.

    2001-ci ildən BMA-da konsertmeyster vəzifəsində işləyir.

    2010-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Musiqi fənləri və dirijorluq" kafedrasında (indiki İnstrumental ifaçılıq) müəllim;

    2014-cü ildən müəllim, 2015-ci ildən baş müəllim vəzifəsində işləyir.

    Elmi fəaliyyəti:

    “Şifahi ənənəli Azərbaycan professional musiqi mədəniyyətinin inkişafında Qurban Pirimovun rolu” adlı sənətşünaslıq dissertasiyasını müdafiə edib.