Zeynalova Leyla Kərim qızı
Baş müəllim
Doğum yeri: 1966-cı ildə Bakı şəhərində anadan olub.
Təhsil: 1973 – 1989-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb.
Əmək fəaliyyəti: 1990-cı ildə M.Rostropoviç adına 21 saylı musiqi məktəbində konsertmeyster kimi çalışmağa başlamışdır.
1991-ci ildən Bakı Musiqi Akademiyasının “Nəfəs və zərb alətləri”(trombon,truba,fleyta siniflərində) çalışmağa başlamışdır. Müsabiqələrdə “Ən yaxşı konsertmeyster” diplomu almışdır.
2011-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” kafedrasında müəllim vəzifəsində çalışır.
Fəaliyyət göstərdiyi dövrlərdə tələbələri Bakı Musiqi Akademiyasının Böyük zalı həmçinin bir çox konsert zallarında uğurla çıxış ediblər.
Konsertlər: 01.05.2013 Bakı Musiqi Akademiyası, 15.05.2014 Bakı Musiqi Akademiyası, 16.04.2015 Bakı Musiqi Akademiyası, 2006.05.05. Motsartın 250 illik yubileyində özü və tələbələri iştirak etmişdilər.
2009-cu ildə Asəf Zeynallının 100 illik yubileyində konsertmeyster kimi, 2009.09.12. Cəfər Cabbarlıya 120 il hərs olunmuş incəsənət muzeyində iştirak etmişdir.