Sultanova Səfurəxanım Əşrəf qızı
Baş müəllim
Doğum tarixi və yeri: 1955-ci ildə Bakı şəhərində anadan olub.
Təhsil:
1976 – 1981 ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsində Xalq artisti Rauf Atakişiyevin sinfində təhsil alıb.
Əmək fəaliyyəti:
Fərqlənmə diplomu ilə S.Hacıbəyov adına Sumqayıt şəhər musiqi texnikumunu bitirdikdən sonra təyinat ilə 2 nömrəli uşaq musiqi məktəbinə konsertmeyster vəzifəsinə qəbul olunmuşdur.
1997-ci ildə Texnikumun "Konsertmeyster sinfi və təcrübəsi" şöbəsi üzrə FBK-nın sədri seçildi.
2001-ci ildə "Konsertmeyster sinfi və təcrübəsi" şöbəsi üçün yeni proqram tərtib etmişdir.
Texnikumdakı müəllimlik fəaliyyətilə yanaşı 21 saylı Rostropoviç adına uşaq musiqi məktəbində də müəllim kimi fəaliyyət göstərir.
2009-cu ildən bu günə qədər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” kafedrasında müəllim işləyir.
2013-cü ildən kafedranın baş müəllimidir. Kafedrada çalışdığı son 5 il ərzində mütəmadi olaraq kafedra əməkdaşlarıyla birgə həmmüəllif konsertlərdə iştirak etmişdir.