• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


     Zamanova Alya Abas qızı

    Dosent, sənətşünaslıq namizədi

    Doğum yeri:   Bakı şəhərində anadan olub.

    Təhsil:   1976 – cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano və orqan fakültəsini bitirib.
    16.11.1978 – 06.01.1983 AZSSR Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitunun aspirantura bölməsində təhsil alıb.

    Əmək fəaliyyəti:  18.09.1977 – 1.10.1977 AZSSR Dövlət Təhlükəsizliyi Komitəsinin yanında orta musiqi məktəbində müəllim;

    30.09.1977 -AZSSR Elmlər Akademiyasının Memar və İncəsənət İnstitutunun “Musiqi folkloru” bölməsində baş laborant;

    2.11.1978 - AZSSR Elmlər Akademiyasının Memar və İncəsənət İnstitutunun “Musiqi folkloru” bölməsində kiçik elmi işçi;

    1985 - 1989 - V.İ.Lenin adına Moskva Pedaqoji İnstitutunun “Musiqi alətlər” kafedrasında müəllim;

    25.03.1990 - 22.12.1990 Ş.Məmmədova adına Opera studiyasında konsertmeyster;

    20.11.1990 Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “Konsertmeyster ustalığı” kafedrasının baş müəllimi; 2013-cü ildən dosent vəzifəsində çalışır.

    Elmi fəaliyyəti:

    “Fikrət Əmirovun fortepiano yaradıcılığı” adlı sənətşünaslıq dissertasiyasını 1984-cü ildə Daşkənd şəhərində ÖZBSSR Mədəniyyət Nazirliyi yanında Həmzə adına İncəsənət Elmi İnstitutunda müdafiə edib.

    Müxtəlif toplularda yerli mətbuatda məqalələr çap etdirir.

    Tədris metodikası: “Fikrət Əmirovun uşaq silsilələri” (üslub və ifaçı interpretasiyasının bəzi problemləri haqqında) dərs vəsaitinin müəllifidir.